Şirvanda avtomobil sərxoş piyadanı vurub


09:07     29 İyul 2021 2021/07/a0ba38cc-f0a4-32ff-9965-83f707edc7b8_850_1627535307.jpg

Şirvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az
-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Həşimov İlham İslam oğlu sərxoş vəziyyətdə yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Sürücü piyadanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 816