Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq
21:25 31 Yanvar 2022
Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.
Femida.az -ın məlumatına görə, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.
Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.
Oxunub: 650
Oxşar xəbərlər
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcərdə atışma olub
- Kəlbəcərdə hərbçimiz minaya düşüb
- Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb
- Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - ölən var
- Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
- Kəlbəcərdə qəza: 3 nəfər xəsarət alıb
- Kəlbəcərdə həlak olmuş zabit dəfn edilib
- Kəlbəcərdə göldə boğulan kapitanla vida mərasimi keçirilib