Müdafiə Naziri kursların gedişini izləyib
11:46 30 İyul 2021
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.
MN-dən Femida.az -a verilən məlumata görə, Müdafiə nazirinə məruzə olunub ki, təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirilir. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.
Eyni zamanda hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.
Sonda Müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"