Özbəkistan vətəndaşı Bakıda qətl törədib
11:05 31 İyul 2021
İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Femida.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Özbəkistan Respublikası vətəndaşı 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Oxunub: 1078
Oxşar xəbərlər
- Özbəkistan və Qazaxıstan arasında hərbi təlimlər başlayıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistan Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdardır
- Özbəkistan dövləti Qarabağda bir məktəbi təmənnasız bərpa edəcək
- Özbəkistanın Azərbaycandakı səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub
- Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
- Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
- Özbəkistan avtomobil və hava yollarını bağlayır
- Özbəkistanın XİN başçısı Azərbaycana səfərə hazırlaşır
- Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib