BTQ layihəsi dünya mediasında


17:10     04 Yanvar 2016 baki8.jpg

Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) layihəsi dünya mediasının gündəmindədir. Nüfuzlu kütləvi informasiya vasitələri Qərblə Şərqi birləşdirəcək müasir İpək yolunun əhəmiyyətindən bəhs olunan məqalə dərc ediblər.


Dünyanın bir çox ölkələrinin internet portallarında və qəzetlərində “Qədim İpək yolu dəmir İpək yoluna çevrilir” başlıqlı məqalə dərc olunub. Məqalədə milyonlarla oxucu kütləsi Azərbaycanın uğurları, BTQ dəmir yolu xəttinin əhəmiyyəti və ölkəmizin dəmir yollarında görülən işlərlə tanış olublar. Məqalədə qeyd olunur ki, BTQ yalnız Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həmçinin dünya üçün böyük əhəmiyyətə malik bir layihədir. Qərblə Şərqi birləşdirəcək müasir İpək yolunun reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Məqalədə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin BTQ layihəsinin mahiyyəti və zəruriliyi barədə fikirləri də yer alıb.

Məqalə müxtəlif dillərə tərcümə olunaraq Türkiyə, Gürcüstan, Pakistan, Macarıstan, Ukrayna və Meksikanın qəzet, jurnal və internet portallarında dərc edilib.

Açar sözlər:

Oxunub: 1034