Antalyada meşə yanğınını törədən bir nəfər həbs edilib


10:47     04 Avqust 2021 21_08_04_1628058626.jpg

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda 28 iyulda başlayan meşə yanğınları ilə əlaqədar Manavqat Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər – 16 yaşlı C.Y. saxlanılıb.

Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları odun anbarına, dülgər sexinə, bir sıra evlərə və meşəyə ziyan vuran yanğınla əlaqədar araşdırmaya başlayıblar. Əldə edilən sübutlar və ətrafdakı təhlükəsizlik kameralarının yoxlanılması zamanı əldə olunan dəlillərlə hadisənin C.Y. tərəfindən törədildiyi müəyyənləşdirilib.

O, ötən cümə günü polis əməkdaşları tərəfindən yaxalanıb və 4 gün sorğu-sual olunub. Şübhəli şəxs dünən məhkəmənin qərarı ilə "meşəni qəsdən yandırmaq" ittihamı ilə həbs edilib.

Açar sözlər:

Oxunub: 1100