Lənkəranda 10 hektar ərazi yandı


14:26     04 Avqust 2021 2021/08/mese--1567142079_1628072827.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda meşəlik ərazidə baş verən yanğının söndürülməsi barədə məlumat yayıb.

Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb. Yanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər: #FHN    

Oxunub: 361