Vilayət Eyvazov polis əməkdaşı ilə vida mərasimində iştirak edib
17:21 06 Avqust 2021
İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində xəsarət alan və ötən gün xəstəxanada vəfat edən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov dəfn olunub.
Femida.az xəbər verir ki, polis əməkdaşı ilə vida mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
"Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!", - DİN-in yaydığı məlumatda bildirilib.
Femida.az
Oxunub: 454
Oxşar xəbərlər
- Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
- Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirib
- Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək
- Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov baş leytenanta VƏZİFƏ VERDİ
- Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı