Ermənistanda zəlzələ olub


11:18     07 Avqust 2021 21_08_07_1628319430.jpg

Ermənistanın Şirak vilayətinin Bavra kəndindən 19 km şimal-şərqdə 3,5 gücündə zəlzələ olub.

Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ olan ərazi Ermənistan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir.

Açar sözlər:

Oxunub: 965