"İrəvan tədricən Bakının sərhəd maraqlarını təmin edir"- Aqababyan


13:56     07 Avqust 2021 2021/08/omn-g-1628317396_1628330704.jpg

Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Aqababyan ölkəsinin siyasi böhran yaşaması, sərhədlərinin isə get-gedə daralmasından gileylənib. O dünən erməni deputatın Tavuş bölgəsində Azərbaycan kəndlərinin olması barədə etirafından qıcıqlandığını gizlətməyib.

Femida.az xəbər verir ki, yerli mediaya açıqlama verən Aqababyan artıq deputatların da Azərbaycanın maraqlarına uyğun danışdığını bildirib:
- Sünik və Qeqarkunikdə bir Ermənistan sərhədi var. Müharibədən sonra orada Azərbaycan hərbçiləri yerləşiblər və onları uzaqlaşdırmaq üçün heç bir addım atılmır. Belə görünür ki, Ermənistan rəhbərliyi müdafiə nazirinin timsalında sərhəddən danışarkən Sünik və Qeqarkunikdəki mövcud təmas xəttini qəbul edir. Yəni Azərbaycan qoşunlarının indiki ərazilərdə olmasını qanuni hesab edirlər.

Bu gün isə (Dünən-red.) Ermənistan hakimiyyətinin nümayəndəsi sayılan Qalumyan əslində Türkiyə və Azərbaycanın maraqlarına uyğun çıxış edərək, kəndlərin Azərbaycana qaytarılmasını mümkün saydı. Məlum olur ki, rəhbərliyin Tavuş bölgəsindəki erməni sərhədi ilə bağlı da aydın təsəvvürü var və burada da Azərbaycanın tam şəkildə arzu və maraqları təmin olunur. Bir neçə ay əvvəl Ermənistanın Azərbaycana hansı əraziləri təhvil verəcəyini və bunun nə ilə nəticələnə biləcəyini söyləmişdim”.


Femida.az

Açar sözlər: #Sərhəd   #Azərbaycan   #Ermənistan  

Oxunub: 1539