Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
09:20 27 Sentyabr 2022
Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib.
E.Quliyev qeyd edib ki, Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.
"Şəhid ailələrinə dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən onlara baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb, qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub", - DSX rəisi əlavə edib.
Oxunub: 1069
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb
- Vətən müharibəsi iştirakçısına hökm oxunub
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Vətən müharibəsi iştirakçılarının həkimə ən çox hansı şikayətlə müraciət etdiyi məlum olub
- Vətən müharibəsi veteranlarına Prezident təqaüdünün təyinatı yekunlaşıb
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb