Dənizçilərə təlim keçiriləcək


18:50     13 Avqust 2021 2021/08/CYMER-1628863177_1628866390.jpg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində Dinamik mövqe saxlama operatorlarının hazırlığı təlimi keçiriləcək.

Bu barədə Femida.az- a ASCO-dan məlumat verilib.

Məlumata görə, təlim 23-27 avqust tarixlərində təşkil olunacaq.

Kursda iştirak etmək istəyən dənizçilər (050) 277 02 79 nömrəli telefona zəng edə və yaxud [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 318