Bakıda Eldar şamı ağaclarının kütləvi kəsilməsilə bağlı rəsmi açıqlama verilib
17:29 14 Avqust 2021
“Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun arxasındakı ərazidə 32 ağac quru və xəstə olması səbəbilə kəsilib”
Bunu “Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların kəsilməsinə 2021-ci ilin ilk aylarından başlanılıb:
“Bakı şəhərində son illərdə Eldar şamı ağaclarında kütləvi quruma və saralma müşahidə olunur. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərüffatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elmlər Akademiyasının Botanika İnstitutu və eyni zamanda Yaşıllaşdırma Təsərüffatı mütəxəssislərindən ibarət komissiya yaradıldı. Həmin ağaclardan nümunələr götürülərək laboratoriyalarda analiz olundu. Məlum oldu ki, bu ağaclarda qabıqaltı qurd və göbələk xəstəlikləri var. Göbələk xəstəlikləri isə külək vasitəsilə yayıldığından bu xəstəliyə yoluxmuş ağacların kəsilməsi vacibdir. ETSN-in bununla bağlı rəyi olduğundan həmin ağaclar tərəfimizdən kəsilir və utilizasiya edilir. Bu, xəstəliyin başqa ağaclara da yayılmaması üçün vacibdir. Xəstəlikdən az zərər çəkən ağaclar isə dezinfeksiya edilir. Dezinfeksiya məqsədilə fungisidlərdən, yəni göbələyə qarşı mis maddəsi tərkibli dərmanlardan istifadə olunur”.
Mühəndis xəstə ağacların mövcud olduğu digər əraziləri də açıqlayıb:
“Növbəti kəsilmə işləri Mərdəkanda, Yesenin küçəsində, Buzovna yolu ətrafında Nərimanov rayonunda Molla cümədə, Binəqədi rayonunda, Bayıl yamacında, Şəhidlər xiyabanı ərazisində, Teleqüllə və Elmlər Akademiyası ətrafında baş tutacaq”.
Femida.az
Oxunub: 1369
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb