Bu ilin ilk 6 ayında 8 mindən çox ailə boşanıb


18:11     17 Avqust 2021 2021/08/Evlen-1629207833_1629209615.jpg

Bu il ilk 6 ay ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 608