"Delta" ştammının yayıldığı ölkələrin sayı 148-ə çatdı


15:25     18 Avqust 2021 2021/08/27852-1629284154_1629286065.jpg

İlk dəfə Hindistanda meydana çıxan və Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən "Delta" adlandırılan koronavirusun yeni ştammı artıq 148 ölkədə yayılıb.

Femida.az xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji bülletenində məlumat verilib.

Dünyada yayılmış digər ştamlarla bağlı statistika isə belədir: İngiltərədə meydana çıxan "Alfa" ştammı 190, Cənubi Afrikada yaranan "Beta" ştammı 138, Braziliyada yaranan "Gamma" ştammı isə 82 ölkədə yayılıb.

Təşkilat son iki ay ərzində yeni yoluxmaların sayının artdığını bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 497