Bakıda səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb


20:02     18 Avqust 2021 2021/08/0bc85-1629299192_1629302644.jpg

TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları fəaliyyətini davam etdirir.

Qurumdan Femida.az- a bildirilib ki, ölkədə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər. Artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.

Vaksin məntəqələrinin ünvanları: Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı) və Əsəd Əhmədov küçəsi, Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı).

Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.

"Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları qoruması üçün vaksin olunmasını xahiş edirik", - TƏBİB-dən bildirilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1118