İctimai yerlərdə 5 nəfər aktiv koronavirus xəstəsi aşkar edilərək saxlanılıb


13:30     19 Avqust 2021 21_08_19_1629364875.jpg

Avqustun 18-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən a veriləFemida.az-ın məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Açar sözlər:

Oxunub: 939