Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb


10:28     11 Noyabr 2021 2021/11/5F04D1A8-7A87-4B60-B863-622FE8DA0026_1636612681.png

Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən xəbərə görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.


Femida.az

Açar sözlər: #Xəstə   #XİN    

Oxunub: 448