Artilleriyaçılar beynəlxalq müsabiqəyə hazırlaşır


16:56     21 Avqust 2021 2021/08/210A243E-9EB7-4C42-B3C7-C8400349C19B_1629550222.png

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları davam edir.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Püşkatma mərasimində iştirak edən artilleriyaçılarımız əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olub.

Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıb.

Hazırlıq prosesini yekunlaşdıqdan sonra komandamız minaatanlardan sınaq atışları yerinə yetirib. Qeyd edək ki, sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.

Femida.az

Açar sözlər: #Artilleriya   #Yarış    

Oxunub: 712