Zaxarovadan "Seuta qalmaqalı" ilə bağlı açıqlama


18:00     21 Avqust 2021 2021/08/B826DDA8-B2B4-4347-A477-E849EF39E9E2_1629554478.png

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə gün öncə İspaniyanın rus gəmilərinə qarşı sərt davranış sərgiləməsinə reaksiya verib.

Femida.az xəbər verir ki, XİN sözçüsü Maria Zaxarova bildirib ki, İspaniyanın Rusiya gəmilərinin Seuta limanına girməsinə icazə verməməsi Moskvanı təəccübləndirib.

"İspaniya səlahiyyətli orqanlarının Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının gəmilərinə ("Vitse-admiral Kulakov" və onun xilasetmə yedək gəmisi olan "Altay"-red.) Seuta limanına girməsinə icazə verməkdən imtina etməsini çaşqınlıqla qarşıladıq. Bu vəziyyət, xüsusən də Rusiya hərbi gəmilərinin İspaniya limanlarına girməsi ilə bağlı mövcud olan müsbət qarşılıqlı təcrübə fonunda, ən azından qəribə görünür", - nazirliyin saytında yerləşdirilən şərhdə deyilir.

Zaxarova fikirlərinə onu da əlavə edib ki, ispanların belə bir addım atması iki ölkə arasında 2009-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin ruhuna, həmçinin son illərdə Rusiya-İspaniya qarşılıqlı fəaliyyətinin konstruktiv inkişafına ziddir.

Qeyd edək ki, İspaniya XİN-i Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib. Rusiya tərəfi avqustun 18-dən 20-dək Seuta şəhərində "Vitse-admiral Kulakov" və onun yedək gəmisi "Altay" üçün dayanmaq icazəsi istəyib.

Femida.az

Açar sözlər: #Rusiya   #İspaniya   #XİN   #Gəmi    

Oxunub: 417