Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında
20:29 23 Avqust 2021
Moskva vilayətinin Kubinka qəsəbəsində “Armiya-2021” Beynəlxalq Hərbi-Texniki Forumu və “ARMİ-2021” 7-ci Beynəlxalq Ordu Oyunlarının təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycanı müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov təmsil edib.
Femida.az xəbər verir ki, tədbirin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. “ARMİ-2021” oyunlarında 34 növdə yarışlar keçiriləcək. Azərbaycan hərbçiləri “Tank biatlonu” yarışlarına qatılacaq və Belarus, Qazaxıstan, Serbiya ilə eyni qrupda mübarizə aparacaqlar.
Bundan əlavə, hərbçilərimiz Alabino poliqonundakı “Dostluq Evi”ndə keçirilən “Mədəniyyət Ordusu” müsabiqəsində də iştirak edir. “Dostluq Evi”ndə Azərbaycanın hərb, dövlətçilik tarixi və mədəniyyətini əks etdirən stend açılıb.
“ARMİ-2121” oyunları sentyabrın 4-dək davam edəcək.
Femida.az
Oxunub: 1180
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir