Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb
19:57 24 Avqust 2021
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Femida.az- a verilən məlumata görə, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə "SMS" bildiriş artıq göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 24-30 avqust (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
- Attestatın əsli;
- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-21 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 14 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.
Femida.az
Oxunub: 1061
Oxşar xəbərlər
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Peşə liseyi direktorunun cinayət işi məhkəməyə göndərilib
- Peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olundu
- Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək
- Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək
- Peşə dərslərinin sabaha olan CƏDVƏLİ
- Peşə təhsilinə göstərilən qayğı insan kapitalına qoyulan investisiyadır
- Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək