Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar


10:18     25 Avqust 2021 21_08_25_1629872338.jpg

Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

Açar sözlər:

Oxunub: 1286