Rusiya və Türkiyə yeni hərbi texnika hazırlaya bilər


11:22     26 Avqust 2021 21_08_26_1629960848.jpg

Rusiya və Türkiyə quru qoşunlarından istifadə edilmək üçün yeni hərbi texnika hazırlaya bilər.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport”un mətbuat xidmətindən “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu zamanı məlumat verilib.

Məlumata görə, Türkiyə və Rusiya üçüncü ölkələr də daxil olmaqla, birgə layihələr həyata keçirirlər.

Bildirilib ki, Türkiyədən olan tərəfdaşlarla quru qoşunlarında istifadə ediləcək yeni hərbi texnikalar hazırlanması barədə bir sıra perspektiv layihələr mövcuddur.

Qeyd edək ki, “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu 22-28 avqust tarixləri arasında keçirilir.

Açar sözlər:

Oxunub: 1320