ABŞ-ın Azərbaycandakı səfirliyində bayraq endiriləcək
17:16 27 Avqust 2021
Kabildəki terror aktı ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endiriləcək.
Bu barədə Femida.az -a səfirlikdən məlumat verilib.
Qeyd edilib ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstanın paytaxtı Kabildə 26 avqust tarixində törədilən terror aktı nəticəsində həlak olan ABŞ hərbçilərinin və digər qurbanların xatirəsini ehtiramla yad edərək Ağ Evdə və bütün ictimai binalarda və ərazilərdə, bütün hərbi postlarda və dəniz stansiyalarında, federal hökumətə məxsus bütün dəniz gəmilərində, habelə bütün xaricdə yerləşən hərbi obyektlər, dəniz gəmiləri və stansiyaları da daxil olmaqla, ABŞ-ın bütün səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və digər obyektlərdə dövlət bayrağının 30 avqust tarixinə kimi yarıya qədər endirilməsi ilə bağlı göstəriş verib.
Xatırladaq ki, Kabil aeroportunda törədilən terror aktı nəticəsində 13 ABŞ hərbçisi ölüb.
Femida.az
Oxunub: 1557
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib