Femida.az saytının əməkdaşı koronavirusdan vəfat edib


14:12     28 Avqust 2021 21_08_28_1630145652.jpg


Azərbaycanda gənc jurnalist, saytımızın əməkdaşı Şahverdi Şirinli koronavirusdan vəfat edib.

Femida.az xəbər verir ki, bir müddət öncə “COVID-19” virusuna yoluxan 32 yaşlı Şahverdi Şirinli (Oğuz Altay) bu gün dünyasını dəyişib.

Ailəsi jurnalistin vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, O. Altay 10 gün öncə sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edərək insanları ehtiyatlı olmağa çağırıb: “Dostlar, diqqətli olun. Rayonlarda insanlar kütləvi halda yenidən koronavirusa yoluxub”.

Uzun illər saytımızın əməkdaşı olan Şahşerdi Şirinlinin vəfatı ilə bağlı ailəsi və yaxınlarına başsağlığı veririk.

Femida.az

Açar sözlər:

Oxunub: 1460