"Taliban" Əfqan müğənnini öldürüb


11:45     29 Avqust 2021 2021/08/6319407_1630223233.jpg

Əfqanıstanda xalq mahnılarının ifaçısı Fəvad Andarabi şənbə günü radikal "Taliban" hərəkatının silahlıları tərəfindən öldürülüb. Bu barədə bazar günü Times Now telekanalı müğənninin yaxınlarına istinadən məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, musiqiçi Bağlandakı evindən çıxarılaraq güllələnib.

Müğənninin oğlu bu məlumatı təsdiqləyib. Andarabi Talibanın əleyhdralarına mahnılarında dəstək verirdi. Bir çox Taliban lideri Andarabinin ifalarını "İslama zidd" hesab edir.

Femida.az

Açar sözlər:

Oxunub: 986