Televiziya əməkdaşı adı ilə pul istədi


19:38     01 Sentyabr 2021 2021/09/1579705668873544141_1000x669_1630510809.jpg

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Femida.az- a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 580