Bakıda “QAZel” 7 yaşlı uşağı vurub


09:12     15 Sentyabr 2021 21_09_14_1631647230.jpg

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

"QAZel" markalı avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Nəzrin Qalib qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş, üz və bədənin digər nahiyələrinin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 898