Yevlaxda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
13:23 01 Oktyabr 2021
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxsin daha bir əməlinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb.
Saxlanılqdıqdan sonra Ə.Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.
Onun analoji cinayətlər törətdiyi də istisna edilmir.
"Əgər Əziz Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", məlumatda qeyd edilib.
Oxunub: 890
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
- Yevlaxda qəsdən yanğın törədən şəxs saxlanılıb
- Yevlaxda kişi arvadını və qohumunu güllələyib, ölən var
- Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb