Bazar gününə olan hava proqnozu açıqlanıb


11:37     09 Oktyabr 2021 2021/10/6A8A2FD9-A9B4-454E-B5B2-079DBD37DA42_1633766291.jpeg

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az -a verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.


Femida.az

Açar sözlər: #Hava    

Oxunub: 544