Bakıda 70 yaşlı qoca yol-nəqliyyat hadisəsində xəsarət alıb


09:14     11 Oktyabr 2021 21_10_11_1633927791.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Hüseynov Həşim Saleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdeyisən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 742