Rusiya ən böyük sursat alıcısını itirə bilər
16:38 12 Oktyabr 2021
Rusiya yaxın gələcəkdə ən böyük sursat satışı bazarını itirə bilər. Femida.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilir ki, buna səbəb ABŞ hakimiyyətinin Moskvaya qarşı sanksiyalar tətbiq etməsidir. İndi ABŞ -a Rusiya Federasiyasından döyüş sursatı tədarükünə məhdudiyyətlər qoyulur. Vaşinqtondan gələn qadağanın səbəbi Navalnının Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərlənməsi iddiasıdır.
- Demək olar ki, Rusiyanın bütün patron istehsalçıları ixracdan gələn gəlirlər sayəsində ayaqda dururdular. ABŞ isə dünyanın ən böyük sursat bazarına sahibdir. Burada fərdi şəkildə silah gəzdirmək geniş yayılıb, xeyli atıcılıq klubları var və atıcılıq mədəniyyəti də inkişaf edir -,məsələni şərh edən ekspertlərdən biri deyib.
Analitiklərin fikrincə, Rusiyanın əsas patron alıcısı ABŞ sayılır. Hər il Amerika bazarına 100 milyon dollarlıq döyüş sursatı çatdırılır. Qeyd olunur ki, 2020 -ci ildə Rusiya ABŞ-a təxminən 765 milyon patron göndərilib. Həmçinin sanksiyalar altına düşən şirkətlər arasında tütün, spirt və partlayıcı maddələr istehsalçıları da var.
Femida.az
Oxunub: 646
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
- Goranboyda silah-sursat aşkarlanıb
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
- Britaniya MN: "Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib"
- Ukrayna MN: "Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatu anbarı məhv edilib"
- Sergey Şoyqu: “Ukraynaya silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”
- Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb