Goranboyda silah-sursat aşkarlanıb


10:47     24 İyun 2022 22_06_24_1656052715.jpg

Goranboyda silah-sursat aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 293