177 kilometr uça bilən elektrotəyyarə
15:11 21 Oktyabr 2021
İsrailin “AİR” startapı elektriklə çalışan şaquli uçuş və enmə (eVTOL) edə bilən ilk təyyarəsini təqdim edib.
Femida.az xəbər verir ki, bu barədə “Vesty.co.il” məlumat yayıb. Şaquli qalxma və enmə üçün nəzərdə tutulmuş bu iki yerlik nəqliyyat vasitəsi “AİR” rəqiblərinin hazırladığı eyni sinifdən olan digər təyyarələrlə müqayisədə daha yüksək sürətə çatmağa və daha çox məsafəyə uçmağa imkan verən xüsusi qanad həndəsəsinə malikdir.
Elektrotəyyarənin uçuş məsafəsi 177 km-dir. Təyyarə, “Tesla Model 3”-ün baza modelindən bir qədər çox- 60 kVt-lıq lityum batareya ilə təchiz edilib. O 160 km/saat ( maksimum sürət 250 km/saat) surətdə hərəkət edə bilir. “Boeing”, “Airbus” və bir neçə startap istehsalçılarının təqdim etdiyi oxşar təyyarələrdən fərqli olaraq, “AİR” öz məhsullarını şəxsi təyyarə kimi təqdim edir və nisbətən aşağı pərakəndə satış qiyməti vəd edir.
Dəqiq rəqəmlər açıqlanmasa da, müxtəlif hesablamalara görə, bu şəxsi mini-təyyarələr alıcıya təxminən 200 min dollara başa gələcək. Bir saatlıq uçuş isə heç 50 dollara başa gəlmir. Şirkət ABŞ, Avropa və Asiya fabriklərində ildə 10 000 yeni cihaz istehsal etməyi planlaşdırır.
Günel Fərhadlı
Femida.az
Oxunub: 468
Oxşar xəbərlər
- Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- Azərbaycan XİN İsraili təbrik edib
- Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb