Suriyada terrorçular ordu bölməsinə atəş açıb, ölən və yaralanan var


10:38     22 Oktyabr 2021 21_10_22_1634884484.jpg

Suriya ordusunun əsgəri Hələb əyalətinin Miznas kəndi yaxınlığında minaatanlardan açılan atəş nəticəsində ölüb.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit bildirib.

"Hələb əyalətində terrorçuların Kafer Nuran kəndindən hökumət qüvvələrinin Miznas kəndindəki mövqelərinə minaatanlardan atəş açması nəticəsində Suriya ordusunun bir əsgəri həlak olub, bununla yanaşı, Tekad şəhəri ərazisindən terrorçuların snayper hücumları nəticəsində daha bir əsgər yaralanıb", - məlumatda deyilir.

Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə və nəzarət etdikləri bölgələrdə vəziyyəti sülh yolu ilə nizamlamağa çağırıb.

Açar sözlər:

Oxunub: 1572