Sumqayıtda nöqsan aşkarlanan çörək sexi bağlanıb


14:12     22 Oktyabr 2021 21_10_22_1634896809.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən, Namazov Ruslan Rza oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama şəraitinə və temperatur rejimlərinə riayət edilmədən saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Açar sözlər:

Oxunub: 1389