Erməni boksçu dünya çempionatından kənarlaşdırılıb


13:08     31 Oktyabr 2021 21_10_31_1635669534.jpg

Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.

Femida.az xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.

Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.

Açar sözlər:

Oxunub: 1394