Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edib


15:23     31 Oktyabr 2021 2021/10/erdogan-biden1-dTix_cover_1635679445.jpg

Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin ikitərəfli görüşü keçirilib.

Femida.az xəbər verir ki, görüş “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutub. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

ABŞ və Türkiyə prezidentləri Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.

“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib. O, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyini vurğulayıb”.

1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 446