Naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib


15:35     01 Noyabr 2021 2021/11/A14E8-4907248500_1635765840.jpg

"Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin dəfn olunduğu naməlum məzarların açılması nəticəsində 150-dən artıq şəxsin kimliyi müəyyənləşib".

Femida.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, yalnız Başlıbel faciəsi nəticəsində həlak olanların meyitləri yalnız öz dövlət qurumlarımızın fəaliyyəti nəticəsində müəyyən edilib:

"Öz qurumlarımız tərəfindən meyitlərin tapılması istiqamətində iş aparılır. Bu sahədə müxtəlif ölkələrin qurumları ilə də birgə fəaliyyət həyata keçiririk, Rusiya Prokurorluğu da Ermənistanla danışıqlar aparır. Bu istiqamətdə də işləri davam etdirməliyik".

Femida.az

Açar sözlər:

Oxunub: 424