Naməlum şəxs Londonda polis əməkdaşlarını bıçaqlayıb


14:42     07 Avqust 2021 2021/08/londo-1628331525_1628332260.jpg

Londonda bıçaqlı hücum nəticəsində iki polis əməkdaşı yaralanıb. Hadisə dünən gecə saatlarında baş verib.

Femida.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bıçaqlı şəxs iki polis məmuru və onların yanında dayanan 61 yaşlı kişiyə hücum edərək onları yaralayıb. Şübhəli yerindəcə tutulub, istintaqın gedişində daha iki nəfər həbs saxlanılıb. Cinayətin motivi hələ müəyyən edilməyib.

Polislər xəstəxanadan evə buraxılıb, 61 yaşlı kişi isə hələ xəstəxanadadır. Onun həyatı üçün heç bir təhlükə yoxdur.


Femida.az

Açar sözlər: #LONDON   #Hücum    

Oxunub: 1102