Müharibənin 36-cı günü: Erməni faşizminin belini qırırıq


09:26     02 Noyabr 2021 2021/11/AFEFE4DF-C35B-4271-8F39-3351F844620F_1635830035.png

Ötən ilin bu günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğalçılara dərs verdiyimizi, onları torpaqlarımızdan qovduğumuzu bildirdi. Öz uğurlu əməliyyatlarını davam etdirən Müzəffər Azərbaycan Ordusunun bütün müsəlman aləminə təhqirlə yanaşan təcavüzkar erməni faşizminin belini qırdığını vurğuladı.

2020-ci il noyabrın 2-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz “Twitter” hesabında

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” – sözlərini yazdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 2-dək 4 şəhər, 3 qəsəbə və 192 kənd işğaldan azad edildi.
Müharibənin 36-cı günü döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində getdi. Düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi. Məv edilən işğalçılar arasında Ermənistanın “Pyunik” futbol klubunun yetirməsi Qaqik Abrahamyan da oldu.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.
Döyüş meydanlarındakı ağır məğlubiyyət Ermənistanda hakimiyyətə qarşı etiraz əhval ruhiyyəsini gücləndirdi, sosial şəbəkələrdə Nikol Paşinyanın istefa verərək ölkədən çıxıb getməsinə çağırışlar edildi.

“Kommersant” qəzetində dərc olunan məqalədə Rusiya vətəndaşı olan Vaqan Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gəldiyini söyləməklə, Ermənistanın dünyanın müxtəlif ölkələrindən “könüllü” adı altında münaqişəyə muzdluları cəlb etdiyini sübuta yetirdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşündə Azərbaycanın dünya miqyasında çox böyük dəstək aldığını bildirdi

-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir, -İlham Əliyev vurğuladı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş zamanı
“Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya gəlib. Ermənistanın Azərbaycana hücumlarının başladığı ilk günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq” , - dedi

Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım isə Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın öz haqqı uğrunda mübarizə apardığını vurğuladı.
- ATƏT-in Minsk qrupu vəzifəsinin öhdəsindən gələ bilmədi. Ona görə də Azərbaycan öz haqqı uğrunda mübarizə aparır. Türkiyə bu haqq müharibəsində hər zaman Azərbaycanın yanındadır və yanında olmağa da davam edəcək. İşğal altındakı hər bir ərazinin əsl sahibinə qaytarılması bir qardaş kimi bizi çox sevindirir, - Binəli Yıldırım bildirdi.

Azərbaycanın haqq işinin qələbəsi yönündə Silahlı Qüvvələrimizin uğurlu əməliyyatları davam edirdi.


Femida.az

Açar sözlər: #Müharibə   #ermənifaşizmi    

Oxunub: 836