Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2022-ci il üçün iş planı təsdiqlənib
18:38 02 Noyabr 2021
Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.
XİN-dən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.
Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.
Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.
Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Oxunub: 1407
Oxşar xəbərlər
- Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi yenilənib
- Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarda axtarışda olan 69 nəfər tutulub
- Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb
- Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir
- Azərbaycan-Rusiya biznes forumu keçirilib
- Azərbaycan-Rusiya İşgüzar Şurası toplandı
- Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlıq formatı yaranıb
- Azərbaycan-Rusiya əməkdaşlığı güclənir - Saziş imzalandı
- Azərbaycan-Rusiya sərhədində sıxlıq yaranıb
- Azərbaycan-Rusiya mədəni əlaqələri inkişaf edir