Azərbaycanın yunan-Roma güləşçisi finala vəsiqə qazanıb


20:14     02 Noyabr 2021 21_11_02_1635869659.jpg

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Femida.az -ın məlumatına görə, 67 kq-da mübarizə aparan idmançının rəqibi türkiyəli Kadir Kamal olub. 4:1 hesablı qələbə qazanan Cəfərov adını finala yazdırıb.

O, həlledici qarşılaşmada İran təmsilçisi Məhəmməd Cavad Rezaei ilə qarşılaşacaq.

Açar sözlər:

Oxunub: 403