Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
13:02 21 İyul 2022
Bu gün Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətin yaranma ehtimalı mümkündür.
Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə, iyulun 21-də saat 11:00-dan etibarən təmir işləri başa çatanadək “Oğuz” Qazpaylayıcı Stansiyadan (QPS) qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatı dayandırılması planlaşdırılır.
Təmir müddətində Oğuz rayonun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.
Oxunub: 393
Oxşar xəbərlər
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub
- Azərbaycanın Əməkdar rəssamı həbsdən azad edilib