Bakıda mənzildən qadın meyiti tapılıb


10:16     03 Noyabr 2021 2021/11/871D5DC5-DD9E-405F-BA4B-AD214DD7FC99_1635920267.png

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Musayeva Minayə Bəkir qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #FHN    

Oxunub: 1040