Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatı ilə vidalaşıb


21:22     03 Noyabr 2021 21_11_03_1635960171.jpg

Azərbaycanın qadın güləşçiləri Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəni dayandırıb.

Femida.az -IN məlumatına görə, idmançıların məğlub olduqları rəqiblər finala vəsiqə qazana bilmədiyindən onlar təsəlliverici görüşlərə qatılmaq şansını itiriblər.

Qeyd edək ki, Nəzərova təsnifat mərhələsində Çin Taypeyindən olan Yunq Linə, Məmmədova isə 1/4 finalda türkiyəli Eda Tekinə uduzub.

Açar sözlər:

Oxunub: 447