"Bakı Qlobal Forumu vacib platformadır" - Latviya Prezidenti
13:37 04 Noyabr 2021
"Bakı Qlobal Forumu ən mühüm məsələlərin müzakirəsi baxımından vacib platformadır".
Femida.az xəbər verir ki, bunu Latviya Prezidenti Eqils Levits VIII Qlobal Bakı Forumuna videomüraciəti zamanı bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyasının dünyanı ciddi şəkildə dəyişdiyini söyləyib.
“Heç bir ölkə bu cür vəziyyətdən sığortalanmayıb və heç kim onunla təkbaşına mübarizə apara bilməz. Bu problemi həll etmək üçün səyləri birləşdirmək lazımdır”, - o çağırış edib.
Prezident bununla əlaqədar olaraq Azərbaycanın COVID-19-a qarşı mübarizə mövqeyinin və səylərinin vacibliyini deyib: “Biz birlikdə pandemiyanın öhdəsindən gələ bilərik. Lakin bu heç də yeganə problem deyil. Son illərdə iqlim dəyişikliyi məsələsi ilə daha tez-tez rastlaşırıq. Bu Qlobal Forum lazımi məsələlərin müzakirəsi baxımından vacib platformadır”.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Kanada Ukraynaya zirehli texnika, Latviyaya yeni hərbçilər göndərəcək
- Latviya Prezidenti İlham Əliyevi təbrik edib
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- “Kiçik bir millət - böyük Animasiya” festivalının açılışı oldu - FOTO
- Vaksin pasportu olmayan latviyalılar alış-veriş edə bilməyəcək
- Latviya prezidenti: "Azərbaycan beynəlxalq təhlükəsizliyə mühüm töhfə verir"
- Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb
- Türkiyə MN də Latviyaya etirazını bildirdi