Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək
20:47 28 Aprel 2022
Latviya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə kömək etməyə hazırdır.
“Report” xəbər verir ki, bunu Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Bakıda jurnalistlərə bildirib.
“Minalı sahələr məsələsi böyük bir faciədir. Qarabağ torpağı minalarla doludur. Latviya da iki dünya müharibəsini yaşadığı üçün biz bunları gözəl başa düşürük. Bizdə də indiyədək minalar aşkarlanır, bu işlərdə təcrübəmiz yüksək səviyyədədir. Bu məsələdə Azərbaycana kömək etməyə şad olardıq”, – Pabriks qeyd edib.
Şuşadakı dağıntıları görməkdən çox təsirləndiyini deyən Latviya baş nazirinin müavini gələn səfərində şəhəri bərpa olunmuş görmək istədiyini deyib: “Şuşaya həyatın qayıtdığını görmək sevindiricidir”.
Azərbaycanla əlaqələrdən bəhs edən Latviya rəsmisi ölkəmizi regionda strateji tərəfdaş kimi gördüklərini diqqətə çatdırıb.
Oxunub: 498
Oxşar xəbərlər
- Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi dayandırıb
- Latviya Prezidenti İlham Əliyevi təbrik edib
- Latviyanın sabiq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
- Latviyadakı azərbaycanlılar da etiraza qalxdı
- Latviyalı həmkarı Prezident İlham Əliyevi təbrik edib
- Latviya Azərbaycana yeni səfir təyin edib
- Latviyada erməni qaçaqmalçı saxlanıldı
- Latviyada azərbaycanlının meyiti tapıldı - Dəniz qırağında
- Latviyanın yeni prezidenti seçilib
- Latviyada hərbi bazada partlayış, NATO əsgəri öldü