Ermənistanda virusa yoluxanların sayı 319 mini keçib


12:34     06 Noyabr 2021 2021/11/13BACCCE-6EC3-4141-A5E4-E901DA830219_1636191040.png

Ermənistanda son sutka ərzində daha 2 283 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 319 016 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 46 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6582-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1332 nəfərdir. Aktiv xəstələrin sayı 31 908 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Ermənistan   #Koronavirus    

Oxunub: 391